“Azərbaycan” İES-in yenidən qurulması prosesi sürətlə davam etdirilir
05.08.2019 [13:59]
Xəbərin mətni
Mingəçevir şəhərində yerləşən, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES-in yenidən qurulması prosesi sürətlə davam etdirilir. 8 enerji bloklu stansiyanın artıq beşinci, altıncı, yeddinci və səkkizinci bloklarında yenidənqurma işləri yekunlaşmaq üzrədir və təmirinə başlanacaq digər dörd enerji blokunda işlər ilin sonuna kimi yekunlaşacaq. Paralel olaraq 500 kV-luq dörd yuvadan ibarət yarımstansiyanın üç yuvasında işlər yekunlaşıb, dördüncü yuvada isə yekunlaşmaq üzrədir. Bütövlükdə 500 kV-luq yarımstansiyada işlərin 90 faizi görülüb.