Güclü külək nə vaxta kimi davam edəcək?
05.08.2019 [14:37]
Sabah Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev AZƏRTAC-a müsahibəsində deyib.