Ağdaşda uzunluğu 40.5 km olan yolun yenidən qurulması yekunlaşır
05.08.2019 [23:49]
Ağdaş rayonunda cari ildə Orta Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral marşrutu üzrə 40.5 km uzunluğa malik bir-neçə istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə təmir edilir. Yollar 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yol boyu yenidənqurma işlərinə qısa müddətdir ki, başlanılmasına baxmayaraq artıq gediş-gəlişdə bundan öncə yaranan problemlər demək olar ki, aradan qaldırılıb. Çünki yol boyu yol əsası hazır olan ərazilərin asfaltlanması işləri aparılır. Yolun 250 min kv.m-ə yaxın sahəsinə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.