Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Təyyarə salonu tüstü ilə doldu - Sərnişinlər panikaya düşdülər

06.08.2019 [11:53]

Londondan havaya qalxan təyyarədə gözlənilməz hadisə baş verib. Salon bilinməyən səbəbdən tüstü ilə dolub. Təyyarənin avtomatik idarəetmə sistemində də problem yaranıb və bu səbəbdən oksigen maskaları da işləməyib. Pilotlar təyyarəni İspaniyanın Valensiya şəhərində endiriblər. Üç nəfərin vəziyyəti ağır qiymətləndirilir.