İQTİSADİYYAT


Azərbaycanın 56 avtovağzal və avtostansiyasında gücləndirilmiş iş rejimi elan edilib

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, Qurban bayramı ilə əlaqədar bayramın ilk günləri paytaxtdan regionlarımıza səfər edənlərin üstünlük təşkil etməsi ilə əlaqədar sıxlıq daha çox Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə ediləcək. Sərnişin axınının bu il ötən ilə nisbətən daha çox olacağı ehtimal edilərək biletlərin əvvəlcədən regional avtovağzal və avtostansiyalardakı kassalardan əldə edilməsi tövsiyə olunur.