Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağsuda 5 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur

07.08.2019 [15:10]

Xəbərin mətni

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Muğanlı-İsmayıllı avtomobil yolunun 7-ci kilometrindən ayrılan Xatman-Hacman-Kalva-Suraxanı avtomobil yolunun uzunluğu 15 kilometrdir. Yenidənqurma işləri çərçivəsində zəruri yerlərdə 1 metr diametrində dəmir-beton suötürücü boruların quraşdırılması və izolyasiyası işləri görülüb, torpaq yatağı hazır olan hissələrdə əsasın alt və üst layı inşa edilib. Bu işlər 150 min kvadratmetr sahəni əhatə edib. Daha sonra 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI