Çində qəribə hadisə - Səmada binalar göründü
07.08.2019 [17:23]
Çinin şərqindəki Yantay şəhərində səmada binalar görünüb. İlğım kimi izah edilən bu hadisə şəhər sakinlərində çaşqınlıq yaradıb. Sanki binaların səmada yüksəldiyi təsiri bağışlayan mənzərə əslində şəhərin əksidir. Bu möcüzəvi mənzərə 4 saat davam edib. Alimlər bildirirlər ki, hava məkanına daxil olan günəş şüaları atmosferdəki sıxlıqdan asılı olaraq yerdəki obyektləri əks etdirə bilir.
Mənbə: cctvplus.com