SİYASƏT


“Dəniz kuboku - 2019” müsabiqəsinin növbəti epizodunda da Azərbaycan dənizçiləri qalib gəliblər

“Dəniz kuboku - 2019” müsabiqəsinin “Gəminin dayanıqlılığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələsində hərbi dənizçilər “Xilasetmə vasitələrinin istifadəsi” tapşırıqlarını yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq hakimlər kollegiyasının qərarı ilə bu mərhələnin də qalibi Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandası olub. Qərara əsasən Azərbaycanın hərbi dənizçiləri birinci, Rusiya ikinci, Qazaxıstan üçüncü, İran isə dördüncü yerə layiq görülüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır