Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yağmurlu hava sabah da davam edəcək

08.08.2019 [13:15]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23°, gündüz 27-30° isti, Bakıda gecə 21-23°, gündüz 28-30° isti olacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI