SİYASƏT


“Hərbi-tibbi estafet” müsabiqəsi davam edir

Azərbaycan Ordusunun hərbi həkimlərinin də iştirak etdiyi “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Özbəkistanda keçirilən “Hərbi-tibbi estafet” müsabiqəsinin növbəti mərhələsi baş tutub. Hərbi həkimlərimiz həmkarları ilə birgə maneələr zolağını dəf etmədə və ixtisas hazırlığında öz bacarıqlarını sınayıblar.
Hakimlərin qərarına əsasən 11 komanda arasında Azərbaycan heyəti hazırda 5-ci yerdə qərarlaşıb.