CƏMİYYƏT


İstirahət günü hava yağmurlu keçəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 11-13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 11-də səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Güclü şimal-qərb küləyinin axşam bir qədər mülayimləşəcəyi gözlənilir. Havanın temperaturu avqustun 11-də bir qədər sərin, gecə 20-23° isti, gündüz 24-27° isti, sonrakı günlərdə 28-31° isti təşkil edəcək.