Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Qırmızı rəngli tornado meksikalıları qorxutdu

10.08.2019 [15:04]

Sakatekas əyalətindəki Fresnillo bələdiyyəsinin səmasında qırmızı-qəhvəyi rəngli bir tornado görünüb.
Yerdən buludlaradək birləşən qorxulu toz sütununun görüntülərini şahidlər sosial şəbəkələrdə yayımlayıblar. Qasırğanın qeyri-adi rəngi ərazidəki torpaq kölgəsi ilə əlaqələndirilir.
Burulğanın sürəti saatda 60 -117 kilometrə çatsa da ətraf binalara ziyan dəyməyib.