Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Lekima” qasırğası Çində 13 nəfərin ölümünə səbəb olub

10.08.2019 [15:46]

Dağıdıcı "Lekima" qasırğasının Çində törətdiyi fəsadlar nəticəsində 13 nəfər ölüb, 16 nəfər itkin düşüb.

AZƏRTAC Çin Milli Meteoroloji Mərkəzinə istinadla xəbər verir ki, gecə yerli vaxtla 1:45-də Çin sahillərinə çatan qasırğa ölkənin Cıcian vilayətində tələfat və dağıntıya səbəb olub. Küləyin sürəti saniyədə 52 metrə çatıb. Vilayətdə hələ avqustun 9-da ən yüksək səviyyədə - "qırmızı" xəbərdarlıq elan edilib.