Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Dəniz kuboku - 2019” müsabiqəsində artilleriya atışları yerinə yetirilib

11.08.2019 [19:56]

Xəbərin mətni

“Dəniz Kuboku - 2019” müsabiqəsində iştirak edən ölkələrin hərbi dənizçiləri Xəzər dənizinin döyüş hazırlığı poliqonunda “Artilleriya atışlarının yerinə yetirilməsi üzrə yarış” mərhələsində “Üzən minaya artilleriya atışı” tapşırığını yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu mərhələdə gəmilər hərəkətdə olarkən artilleriya atəşi ilə mina hədəfinin məhv edilməsi tapşırığı uğurla həyata keçirilib. Atışlar 200 metr məsafədən icra olunub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI