CƏMİYYƏT


Azərbaycan nümayəndə heyəti Beynəlxalq Angin Festivalında iştirak edib

Yaponiyanın Şizuoka prefekturasının İto şəhərində təşkil edilən Beynəlxalq Angin Festivalının əsas mərasimində Azərbaycan nümayəndə heyəti də iştirak edib. Beynəlxalq Angin Festivalı Yaponiyanın Avropa və Amerika ölkələri ilə dənizçilik əlaqələrinin qurulmasında mühüm rol oynamış ingilis dənizçisi və səyyahı Vilyam Adamsın şərəfinə artıq 73 ildir ki, təşkil edilir. Yaponlar bu Gündoğar ölkədə Miura Angin adı ilə tanınan V.Adamsın Avropa nümunəsi əsasında inşa etdiyi gəmilərlə ilk dəfə Avropa və Meksika sahillərinə səyahət ediblər.

AZƏRTAC xəbər verir ki, İtoda bu bayrama həm də “Qardaşlaşmış şəhərlər festivalı” adı verilib. Belə ki, həmin gün İto şəhərinin həm xaricdə, həm də Yaponiyada qardaşlaşdığı şəhərlərin nümayəndələri bu şəhərə toplaşırlar.