Azərbaycan Dövlət İnformasiya Agentliyi

İstanbulda hotel yanır

14.08.2019 [11:33]

İstanbulda Fatih rayonunda hotellərdən birində yanğın başlayıb. Yanğın nəticəsində tüstüdən zəhərlənənlər olub. Zəhərlənənlərin əcnəbilər olduğu qeyd edilir, lakin onların vətəndaşlığı barədə məlumat verilmir. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.