Havanın temperaturu 37 dərəcəyə yüksəlir
15.08.2019 [14:28]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24°, gündüz 30-35° isti, Bakıda gecə 21-23°, gündüz 31-33° isti olacaq.