İQTİSADİYYAT


Yeddi ayda meyvə-tərəvəz ixracı artıb

Yanvar-iyul aylarında ölkədən 345 min 167 ton meyvə-tərəvəz ixrac olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Hesabat dövründə ixrac edilən meyvə-tərəvəzin dəyəri 345 milyon 342 min ABŞ dolları olub. Ötən ilin yeddi ayında isə 301 milyon 315 min dollar dəyərində 322 min 450 ton meyvə-tərəvəz ixrac edilib.