Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qasırğa restoranın mebelini havada uçurdu - İtaliyada

15.08.2019 [19:01]

Yağışla müşayiət olunan güclü külək, restoranın verandasındakı mebelləri havada uçurdu. Bu video İtaliyanın Verbania əyalətinin Pallanza bölgəsində yerləşən bir yay restoranında qeydə alınıb. Görüntünü restoranın işçisi özünün sosial hesabında paylaşıb.