Azərbaycan Dövlət İnformasiya Agentliyi

Odessada oteldə yanğın: 8 ölü

17.08.2019 [09:37]

Odessada yerləşən “Tokio-Star” otelində baş verən yanğın nəticəsində azı 8 nəfər ölüb, 10 nəfər yaralanıb. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, otelin ikinci mərtəbəsindən başlayan yanğın 1000 kvadratmetr sahəni əhatə edib. Yanğının söndürülməsinə 65 xilasedici və 13 texnika cəlb olunub.