DÜNYA


ABŞ-da təyyarə qəzası: ölənlər var

AZƏRTAC ABŞ-ın "klfy.com" saytına istinadən bildirir ki, hadisə Luiziana ştatında, Yeni Orlean yaxınlığında baş verib. Qəzada 23 ildir FOX 8 televiziyasında jurnalist işləyən Nensi Parker də həlak olub. Məlumata görə, göyərtəsində daha biri nəfərin olduğu təyyarə havaya qalxandan sonra yerə düşüb və göyərtədəkilər pilotla birlikdə həlak olub. Hadisə ilə bağlı araşdırma aparılır.