Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransada pirotexnika şousunda 13 nəfər xəsarət alıb

17.08.2019 [14:05]

Fransanın cənubunda yerləşən Kolyur kommunasında uğursuz fişəng atışı 13 nəfərin yanıq xəsarəti almasına səbəb olub. İlkin məlumatlara əsasən, fişənglərdən biri atəşfəşanlıq edilən barjada partlayıb. Fişəngin bir neçə yanan elementi izləyicilərin üstünə düşüb.