DÜNYA


Türkiyədə avtobusla yük maşını toqquşdu: 37 yaralı

Türkiyədə Bolu dağ ilə Ankara arasındakı şosedə sərnişin avtobusu ilə ağır tonnajlı yük avtomobili toqquşub. AZƏRTAC xəbər verir ki, qəzada 37 nəfərin yaralandığı bildirilir. Onlardan üçünün vəziyyəti ağırdır. Hadisə ilə bağlı istintaq aparılır.