İQTİSADİYYAT


“Apollo”, “Okean”, “Haşimi” - Masallıda çəltikçilər bol məhsul gözləyirmi

Məhsuldarlığı və gəlirliliyi ilə seçilən çəltikçilik Masallıda ənənəvi təsərrüfat sahələrindən biridir. Ağır əl əməyi tələb edən bu təsərrüfat sahəsi uzun müddət rayonda tənəzzül dövrünü yaşayıb.
AZƏRTAC xəbər verir ki, məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi - fermerlərə subsidiyaların verilməsi, gübrələrin və texnikaların güzəştli şərtlərlə satılması rayonda çəltikçiliyin dirçəldilməsi üçün geniş imkanlar açıb.