Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qasırğa döşəklərin kütləvi şəkildə "mühacirətinə" səbəb oldu

19.08.2019 [22:00]

ABŞ-ın Kolorado ştatındakı kiçik yaşayış massivinin sakinləri, gülməli hadisə ilə rastlaşıblar. Güclü külək yay kinoteatrının döşəklərini kütləvi surətdə havada uçurub. Görüntüləri cib telefonu ilə qeydə alan bir sakin internetdə yerləşdirdiyi, izləmə rekordu qıran videosunu "döşəklərin mühacirəti" adlandırıb.