Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yanacaqdoldurma stansiyasında partlayış: 11 nəfər yaralandı, 3-ü turistdir

19.08.2019 [23:59]

Kambocianın Siemreap şəhərində 2000 litr mayeləşdirilmiş qazla dolu bir tankerin partlaması nəticəsində 11 nəfər müxtəlif dərəcəli yanıq xəsarəti ilə xəstəxanaya yerləşdilib. Onlardan 3 nəfəri ABŞ və İngiltərədən olan turistlərdir. Partlayış anı yolda quraşdırılan müşahidə kameralarına düşüb. Hadisə ilə bağlı araşdırma aparılır.