SİYASƏT


Daxili İşlər naziri Daxili Qoşunların “N” saylı hərbi hissəsində olub

Avqustun 18-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN Daxili Qoşunlarının paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub. Əvvəlcə nazir müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov general-polkovnik Vilayət Eyvazova şəxsi heyətin və hərbi texnikanın baxışa hazır olması barədə raport verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir şərəf manqası ilə salamlaşdıqdan sonra şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat məsələləri ilə yaxından tanış olub, xidməti istifadədə olan texnikaya baxıb, ərazidə aparılan abadlıq, quruculuq işləri ilə maraqlanıb.