CƏMİYYƏT


Qubada dağlıq ərazidə baş verən yanğın lokallaşdırılıb

Avqustun 19-da Quba rayonunun Zərqova bələdiyyəsi ərazisinə başlayan yanğının söndürülməsi üçün əraziyə əlavə qüvvələr cəlb olunub.
Yanğınla əlaqədar yaradılan qərargahın rəhbəri, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Xanlar Heybətov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yanğın artıq lokallaşdırılıb. Təxminən 30 hektara yaxın ərazini əhatə edən yanğın nəticəsində əsasən quru ot və kol-kos yanıb. Yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.