CƏMİYYƏT


Qubada dağlıq ərazidəki yanğın söndürülüb

Avqustun 19-da Quba rayonunun Zərqova bələdiyyəsi ərazisinə başlayan yanğın söndürülüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə yanğınla əlaqədar yaradılan qərargahın rəhbəri, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Xanlar Heybətov bildirib. 
Təxminən 30 hektara yaxın ərazini əhatə edən yanğın nəticəsində əsasən quru ot və kol-kos yanıb. Yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.