Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fil şəkər qamışı daşıyan yük maşınlarını saxlatdırdı

20.08.2019 [21:19]

Bir fil Tailandın cənubundakı Çaçoengsao bölgəsində, təbiət qoruğu ərazisindən keçən şəkər qamışı ilə dolu yük maşınlarının qarşısını kəsib. Sürücülər əvvəlcə filin qəzəbli olduğunu düşünərək qorxuya düşsələr də, sonradan onun sadəcə qamışdan yemək istədiyini görüblər. Yemini alan fil sonradan yoluna davam edib.