İQTİSADİYYAT


Masallıda yay bal süzümünə başlanılıb

Bir neçə gündür Masallı rayonunda yay bal süzümünə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il ilk dəfə olaraq arıçılara dövlət tərəfindən subsidiyaların verilməsi arıların bəslənməsindəki çətinlikləri aradan qaldırıb, yüksək məhsuldarlığa zəmin yaradıb.
Adətən arı pətəklərindən bal kəsimi yaz və yay aylarında olmaqla 2 dəfə aparılır. Lakin, daha çox məhsul əldə etmək üçün isə bəzi arıçılar yalnız yayda bal kəsimi aparırlar.
Bu il hər bir arı ailəsinə görə dövlət tərəfindən subsidiyaların verilməsi fermerlərin zərəvericilərə qarşı vaxtında mübarizə aparmasına şərait yaradıb.