Yarış zamanı avtobus hasara çırpıldı - ABŞ-da
21.08.2019 [16:19]
ABŞ-ın Tennessi ştatının Klarksville şəhərində təşkil edilən məktəb avtobuslarının göstərisi zamanı qəza olub. Nəticədə avtobuslardan biri stadionun hasarına çırpılıb. Xoşbəxtlikdən hasar avtobusun qarşısını kəsib və xəsarət alan olmayıb.