CƏMİYYƏT


Hirkan Milli Parkında meşə yanğınları REPORTAJ

Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi üçün işlər davam etdirilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin iki helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub. Lakin mürəkkəb relyefli dağlıq ərazinin bəzi yüksək hissələrində hələ də tüstülənmə müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, yanğın Lerik rayonun Bobla kəndi ilə Lənkəranın Təngivan kəndləri arasındakı 10 hektar ərazini əhatə edir. Mürəkkəb relyefə malik ərazidə texnikaların hərəkəti mümkün olmadığı üçün yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, Mülki Müdafiə Qoşunlarının və Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır