CƏMİYYƏT


Ölkə ərazisində isti hava şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 35-38°, Bakıda gecə 22-24°, gündüz 36-38° isti olacaq.