Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah 40 dərəcə isti olacaq

23.08.2019 [13:25]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən günəşli olacaq. Şimal küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25°, gündüz 33-36° isti, Bakıda gecə 22-24°, gündüz 33-35° isti olacaq. 

BÖLMƏNİN DİGƏR VİDEOLARI