Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azyaşlı uşağın dördüncü mərtəbədən düşmə anları kameralarda

23.08.2019 [16:05]

Türkiyənin Antalya vilayətinin Kumluca mahalında 2,5 yaşındakı uşaq hündürmərtəbəli binanın 4-cü mərtəbəsindən yerə düşüb.
Azyaşlının yerə düşmə anı təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Türkiyə KİV-lərinin yazdığına görə, möcüzə sayəsində sağ qalan uşaq xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.