DÜNYA


Ukraynada Müstəqillik Günü münasibətilə təntənəli mərasim keçirilib

Ukraynada Müstəqillik Günü münasibətilə paytaxt Kiyevdəki Yüz Səma Qəhrəmanı xiyabanında təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirak etdiyi mərasim dövlət himninin ifa edilməsi ilə başlayıb. Sonra həlak olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, yüz qəhrəmanın ürək ritminin rəmzi olan yüz kilsə zəngi səslənib.