İQTİSADİYYAT


Neftçalalı pambıqçılar bu il də tarlalardan yüksək məhsul toplayacaq

Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə verdiyi tapşırıqların icrası istiqamətində Neftçala rayonunda da zəruri təbdirlər həyata keçirilir. Rayonda qabaqcıl pambıq ustaları bu ildən əkində yeni üsullar tətbiq edirlər. Onlardan biri də tanınmış pambıqçı Əlibala Səlimovdur.