Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tüstü San-Paulu şəhərini qaranlığa qərq edib

28.08.2019 [15:48]

Amazon meşələrində iki həftədir davam edən yanğınlar səbəbindən Braziliyanın San-Paulu şəhəri günorta vaxtı qaranlığa qərq olub. Sosial şəbəkələrdə yayılan görüntülər günorta saat 2-3 arası çəkilib. Şəhər elə qaranlıqdır ki, mənzillərdə və avtomobillərdə işıqlar yanır.