DÜNYA


Kərgədan qoruq əməkdaşını avtomobili ilə birlikdə əzik-əzik etdi

Almaniyanın Serengeti Park Zooparkının 30 yaşlı sakini Kusini adlı kərgədan zoopark əməkdaşına məxsus avtomobili əzik-əzik edib. Park ziyarətçilərindən biri kərğədanın maşını əzdiyi anı telefonu ilə çəkərək şəxsi hesabında paylaşıb. Həmin vaxt avtomobilin sahibi də salonda olub, xoşbəxtlikdən ciddi zədə almayıb, cəmi bir neçə qançır yarası aldı. Qeyd edək ki, bir il əvvəl zooparka gətirilən bu kərgədan parkın çox dəyərli sakini hesab olunur.