DÜNYA


Yanan binada qalan ailəni tikinti platforması ilə xilas etdilər - Rusiyada

Moskva ətrafında bu gün səhər yaşayış binasında bir mənzildə baş verən yanğından ailəni qonşu binada işləyən fəhlələr xilas edib. AZƏRTAC rusiya mətbuatına istinadən bildirir ki, yanğınsöndürən və xilasedici qrup gələnədək qarşı binanın fasadını təmir edən fəhlələr asma platforma ilə insanları xilas ediblər. Nəticədə xəsarət alanın olmadığı bildirilir.