CƏMİYYƏT


Goranboyda 32 min əhalinin istifadə etdiyi yolun yenidən qurulması yekunlaşır

Goranboy rayonunun Qızılhacılı–Goranboy–Goran–Rəhimli–Veyisli–Qazanbulaq–Borsunlu avtomobil yolunun Goranboy-Goran, Goranboy-Tərtər, Goranboy-Borsunlu, Gürzallar-Rus Borisi avtomobil yolları, həmçinin Qazanbulaq kəndinin giriş yolunun yenidən qurulması işləri yekunlaşır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun uzunluğu 40 kilometrdir. Bunun 37,7 kilometrlik hissəsi III texniki dərəcəli, 2,3 kilometrlik hissəsi isə IV texniki dərəcəyə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır