CƏMİYYƏT


Vəhşi heyvan və balıqların ovuna icazələrin verilməsi “ASAN xidmət” mərkəzındə həyata keçiriləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq sahələr üzrə icazələrin verilməsini asanlaşdırmaq məqsədilə gələn aydan “ASAN xidmət”in təmin etdiyi məkanda fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova avqustun 29-da keçirilən mətbuat konfransında deyib.
Mətbuat katibinin sözlərinə görə, dövlət ekoloji ekspertizası üzrə müvafiq icazələrin, eyni zamanda, vəhşi heyvan və balıqların ovuna icazələrin verilməsi “ASAN xidmət” mərkəzində həyata keçiriləcək.