SİYASƏT


Gənc kursantların çöl çıxışları başlayıb

Gənc kursantların hazırlığı planına uyğun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin birinci kurs kursantlarının “Qaraheybət” təlim mərkəzinə çöl  çıxışları başlayıb.
Tədris prosesinin təqvim qrafiki əsasında səhra şəraitində keçirilən məşğələlərdə kursantlar döyüş meydanında hədəflərin aşkar edilərək atəşlə məhv edilməsi, silahlanmadakı müxtəlif silah nümunələrindən istifadə vərdişləri, eləcə də taktiki hazırlıq və hərbi topoqrafiya dərsləri üzrə digər tapşırıqları icra edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır