CƏMİYYƏT


Ağsuda yanğın - İki helikopter və təyyarə cəlb olunub

Avqustun 29-da Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağsu rayonunun Kalağayı kəndində mürəkkəb relyefli dağlıq ərazidə quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğının qarşısının alınması üçün əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülkü Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin 2 helikopteri və 1 “BE 200 ÇS” tipli amfibiya təyyarəsi cəlb olunub.