Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hava yağıntılı olacaq

30.08.2019 [13:42]

Avqustun 31-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Gündüz yağış tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 21-25, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə bəzi şimal və şərq rayonlarında yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

BÖLMƏNİN DİGƏR VİDEOLARI