İQTİSADİYYAT


Azərbaycanda şərab istehsalının inkişafına dair dəyirmi masa keçirilib

Avqustun 30-da Şamaxı rayonunun Meysəri kəndində I Azərbaycan Üzüm və Şərab Festivalına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, I Üzüm və Şərab Festivalı çərçivəsində ilk tədbir – dəyirmi masa təşkil olunub. Dəyirmi masada yerli şərab istehsalçıları, müvafiq dövlət qurumlarının nümayəndələri və xarici ekspertlər iştirak ediblər.
Tədbirdə ölkədə şərabçılıq sahəsində mövcud olan problemlər, inkişaf istiqamətləri və yerli şərab məhsullarının xarici bazarlara çıxışı mövzuları müzakirə olunub.