İQTİSADİYYAT


Qubada 1700-dən çox abonent təbii qazla təmin olunacaq

SOCAR-ın “Azəriqaz” İB tərəfindən Quba şəhərinin yaxınlığında yerləşən Dəvədabanı yaşayış massivinin qazlaşdırılmasına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tikinti işləri yekunlaşdıqdan sonra burada 700-dən çox abonent ilk dəfə “mavi yanacaq”la təmin ediləcək.
Üç min nəfərdən çox əhalisi olan massivin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 73 min metrə yaxın olan müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, məhəllədaxili qaz xətləri çəkiləcək. Bununla yanaşı, bütün abonentlər üçün qaz sayğacı və fərdi tənzimləyici quraşdırılacaq.