DÜNYA


Bardakı silahlı basqına müştərinin verdiyi reaksiya onu internet fenomeni etdi

Hadisə Amerika Birləşmiş Ştatlarının Missuri ştatının Sent-Lüis şəhərində məşhur barların birində baş verib. Gecə saatlarında bara olan silahlı basqının görüntüləri müşahidə kameralarına düşüb. İnternetə yerləşdirilən görüntüdə basqın zamanı müştərilərdən birinin təmkinli reaksiyası diqqət çəkib. ABŞ mətbuatının yaydığı məlumatda, həmin şəxsin Toni Tovar adlı adi bir müştərinin olduğu bildirilir. Məlumatda o da yer alır ki, soyğunçu heç kimə xəsarət yetirməsə də bardan 300 dollaradək pul oğurlayıb. Təmkinli davranışı ilə bağlı Toni Tovar deyib: "Mən onun heç kimə zərər verməyəcəyini hiss elədim. O, sadəcə narkotik üçün pul istəyirdi".