Bu il üçün sifariş edilən qatarların son ikisi də artıq Bakıdadır
31.08.2019 [21:02]
“Bakı Metropoliteni” QSC-nin sifarişi əsasında növbəti iki yeni qatar Bakıya gətirilib.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov AZƏRTAC-a açıqlamasında deyib.
O bildirib ki, qatarların depoda sazlama və sınaq işləri həyata keçirildikdən sonra sentyabr ayı ərzində xəttə buraxılacaq. Beləliklə də cari il üçün sifariş edilən bütün qatarlar artıq ölkəmizdədir.